Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Jurnalistin meyiti tapıldı - Qatil oğlu imiş

Jurnalistin meyiti tapıldı - Qatil oğlu imiş

Tarix: 16 Oktyabr 2024 14:58

Britaniyalı fotojurnalist Pol Lou ABŞ-ın Kaliforniya ştatında qətlə yetirilib və onun hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə oğlu həbs edilib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, Bosniya müharibəsi zamanı Sarayevonun mühasirəsi də daxil olmaqla münaqişələri işıqlandıran Pol Lou oktyabrın 12-də San Qabriel dağlarında ölü tapılıb. Polisin açıqlamasına görə, hadisə 15:28-də, Stoddard Kanyon şəlaləsi yaxınlığında, Baldi dağında baş verib.

Los-Anceles Tibbi Ekspertiza Ofisinin qeydlərinə görə, 60 yaşlı kişi boynundan bıçaqlanıb. Prokurorluqdan isə bildirilib ki, Lounun 19 yaşlı oğlu Emir atasını öldürməkdə ittiham edilib.


Etiketlər:  Jurnalistin meyiti tapıldı Qatil oğlu imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ