Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanı ''Miss Universe''də o təmsil etdi - FOTOlar

Azərbaycanı ''Miss Universe''də o təmsil etdi - FOTOlar

Tarix: 18 Oktyabr 2024 13:35

Türkiyədə Miss Universe" gözəllik müsabiqəsi keçirilib.

Sonxeber.net gecce.az-a istinadən xəbər verir ki, Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın təşəbbüsü ilə Azərbaycanı tədbirdə model və televiziya aparıcısı Dəniz Mirəliyeva təmsil edib.

2 gün davam edən məşqlərdən sonra 30 ölkənin iştirakçısı podiuma müxtəlif ölkənin geyimlərində çıxıb. Sonuncu gün isə hər bir iştirakçı ölkəsinin milli geyimlərində təmsil olunub. Azərbaycanlı iştirakçı podiuma Fəxriyyə Xələfovanın kolleksiyasına məxsus olan Azərbaycanın milli geyimində çıxıb. Onun özü qədər geyimi də bəyənilib və alqışlarla qarşılanıb.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətində F.Xələfova da yer alıb.


Etiketlər:  Azərbaycanı Miss Universedə təmsil etdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ