Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Kloppa əsəbi idim'' - Veynaldum

''Kloppa əsəbi idim'' - Veynaldum

Tarix: 8 May 2019 10:36

"Kimsə bizdən 4 qol vurmağımızı gözləmirdi. Ancaq biz  futbolda mümkünsüz deyə bir şeyin olmadığını göstərdik".

Qol.az-ın  Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Liverpul"un futbolçusu Corcinyo Veynaldum Çempionlar Liqasının yarımfinalında "Barselona"ya 4:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

O, matçda ehtiyat oyunçular skamyasında başladığı üçün baş məşqçi Yürgen Kloppa əsəbiləşdiyini söyləyib: "Əslində ehtiyatda olduğum üçün məyus və Kloppa əsəbi idim. Sonra məni oyuna daxil etdi. "Bir şeylər etməliyəm" deyə düşündüm və iki qol vurdum".

28 yaşlı yarımmüdafiəçi komandasının möhtəşəm oyun nümayiş etdirdiyini vurğulayıb: "Finala çıxacağımıza inanmışdıq. Qalib gələ biləcəyimizi hiss edirdik. Bu, bir ehtimal idi və bunu bacardıq".

 


Etiketlər:  Kloppa əsəbi idim Veynaldum


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ