Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Lavrov: Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik

Lavrov: Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik

Tarix: 3 Dekabr 2019 13:24

Bakı. Ləman Zeynalova - Trend:

Biz həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik.

Trend-in məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı zamanı deyib.

O bildirib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli görüş keçilirib.

Nazir xatırladıb ki, ötən həftə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri baş tutub:

“Səfərin yekununda vacib razılaşmalar əldə olunub”.

S.Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında uzanmış münaqişələrdən biridir:

“Biz anlayırıq ki, kompromis olmalıdır. Biz həmsədrlər olaraq məsələnin həllinə kömək göstərəcəyik. Ümid edirik ki, nəticələr olacaq”.


Etiketlər:  Lavrov Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ