Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türk ulduz ağır zədələndi

Türk ulduz ağır zədələndi

Tarix: 21 Oktyabr 2024 23:16

Türk ulduz ciddi zədə alıb.

Sonxeber.net Offsideplus.az-a istinadən bildirir ki, "Roma" ilə oyunda zədələnən "İnter"in futbolçusu Hakan Çalhanoğlu bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

30 yaşlı oyunçunun UEFA Çempionlar Liqasında "Yanq Boys"la matçı buraxacağı qeyd olunub. Həmçinin, sentyabrın 27-də "Yuventus"la baş tutacaq qarşılaşmada da forma geyinməmə ehtimalı yüksəkdir.

Qeyd edək ki, yeni mövsümdə 9 görüşdə meydana çıxan Hakan 2 qola imza atıb.


Etiketlər:  Türk ulduz ağır zədələndi


RƏYLƏR