Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il 70 talassemiya xəstəsinə əlillik və ya sağlamlıq imkanları məhdudluğu təyin edilib

Bu il 70 talassemiya xəstəsinə əlillik və ya sağlamlıq imkanları məhdudluğu təyin edilib

Tarix: 8 May 2019 11:09

Bakı. Trend:

8 may dünyada Beynəlxalq Talassemiya Günü kimi qeyd edilir. Talassemiya əlillik və ya sağlamlıq imkanları məhdudluq təyinatı üçün göstərici hesab edilən anadangəlmə, irsi qan xəstəliyidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən il Azərbaycanda 137 talassemiya xəstəsinə əlillik və bu xəstəliyi olan 145 uşağa sağlamlıq imkanları məhdudluğu təyinatı aparılıb.

Cari ilin yanvar-aprel aylarında isə 70 şəxsə, o cümlədən talassemiya xəstəsi olan 29 nəfərə əllilik dərəcəsi, 41 uşağa sağlamlıq imkanları məhdudluğu təyin edilib.

Xəstəliyin dərəcəsindən asılı olaraq həmin şəxslərə I, II və III dərəcə əlillik təyin olunur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  talassemiya xəstəsinə əlillik sağlamlıq imkanları məhdudluğu təyin edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ