Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2024 10:35
Amerikalı 26 yaşlı repçi "Tekashi 6ix9ine" (Deniel Ernandes) yenidən həbs edilib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, şərti azad etmə qaydalarını pozduğu üçün azadlıqdan məhrum olunub.
Musiqiçinin konkret nə etdiyi məlum deyil. O, oktyabrın 29-da Nyu-York məhkəməsində keçiriləcək iclasda iştirak etməlidir.
Reper 2018-ci ildə qanunsuz odlu silah saxlamaqda və reketlikdə təqsirli bilinib. O, əvvəlcə təqsirini inkar etsə də, sonradan istintaqla əməkdaşlığa başlayıb və cinayət ortaqlarına qarşı ifadə verib. Sənətçi iki il həbs cəzası və 5 il sınaq cəzası alıb. İfaçı səhhətindəki problemlərə görə gözlənilən vaxtdan tez buraxılıb. 2024-cü ilin yanvarında "Tekashi 6ix9ine" Dominikan Respublikasında məişət zorakılığında ittiham edililib.