Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2024 23:16
Avstriyada Kirhberq-ob-der-Donau şəhərinin meri Frans Hoferi qətlə yetirməkdə şübhəli bilinən şəxsin meyiti tapılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Avstriya polisi məlumat yayıb.
Yerli mətbuatın yaydığı məlumata görə, qətldə şübhəli bilinən 56 yaşlı Roland Drekslerin intihar etdiyi ehtimal olunur.
Qeyd edək ki, ötən ayın 28-də mer Almaniya və Çexiya ilə sərhədə yaxın Avstriyanın Mühlviertel bölgəsindəki Altenfelden kəndində öldürülüb. Onunla bərabər başqa bir şəxs də güllələnib.