Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2024 22:20
Müğənni Samir Bağırov uzun fasilədən sonra efirə çıxıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, Samir uzun müddətdir sənətdən uzaq qalmasının səbəblərini açıqlayıb:
"Heç kimi günahlandırmıram. Nə olubsa, səbəbkar mənəm. Sənətə qarşı münasibətim dəyişdi. Təəssüf ki, gənclikdə bilmədim bu sənət sərt, çirklidir. Yaxşı insanlar üçün deyil. Yaxşı, səmimi biri yaşaya bilməz, yox edəcəklər onu.
Səhnə, sünini qəbul edir. Maska taxmalısan burada. Hər çıxan insan özü olmur, maska taxır. Sənətdə uğurlu olmaq istəyirsənsə, qara tərəfdə olmalısan. Bəzən sanki içimə şeytan girirdi. Sonra özümə gələ bilmirdim ki, mən nə etdim, nə söz dedim? Bu, mən deyiləm".