Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2024 14:58
"Rossiya Seqodnya" media qrupunun və RT telekanalının rəhbəri Marqarita Simonyan və əri Tiqran Keosayan Rusiya büdcəsini talayırlar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.
Məlumata görə, Simonyan əri Tiqran Keosayanın aparıcısı olduğu NTV kanalında yayımlanan "Mejdunarodnaya pilorama" verilişinin bədii rəhbəridir. Buna görə kanal Koesayanın rəhbəri olduğu "Qold Vijn" studiyasına ildə 120 milyon rubl ödəyir.
Üstəlik, "Aeroflot" aviaşirkəti də 4 il ərzində sözügedən verilişdəki reklamına görə 1 milyard rub ödəyib. Bütün müqavilələr də Simonyana məxsus "İnvento" agentliyi vasitəsilə bağlanılıb. Bu müqavilələr nəticəsində Simonyanın "İnvento" agentliyi 657 milyon rubl qazanıb.
Bundan başqa, "Aeroflot" digər telekanallardakı tərifli xəbərlərə görə "İnvento"ya 398 milyon rubl ödəyib.
Bildirilir ki, ər-arvadın daha iki reklam agentliyi var. Bunlardan birindən "Skolkovo" fondu və Dünya Çempionatının təşkilat komitəsi xidmətlər sifariş edib, digərinə isə imicinin yaxşılaşdırılması üçün Rusiya Daxili İşlər Nazirliyi illik 100 milyon rubl ödəyir.
Ümumilikdə bu sxemlər çərçivəsində Simonyan və əri üç il ərzində 720 milyon rubl qazanıblar.