Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Noyabr 2024 14:56
Xristian Demokrat Birliyinin üzvü Bülent Büyükbayram nasist simvolları olan fotoşəkilə görə istefa vermək məcburiyyətində qalıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Spiegel" məlumat yayıb.
Büyükbayram sosial şəbəkədə boynunda ilgək və alnında nasist təşkilatının simvolu şəklində SS hərfləri olan gəlinciyin fotosunu yerləşdirib. Gəlinciyə üzərində "Cəhənnəm olsun "Sankt Pauli" şüarı yazılmış köynək geyindirilib.
Paylaşım dünən "Bavariya"ya uduzan futbol klubuna ünvanlanıb.
Foto yayımlandıqdan sonra qalmaqal yaranıb. Siyasətçi şəkli yerləşdirdiyinə görə üzr istəməli olub. O, həmçinin partiyadan istefa verib.