Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bentankurun irqçi zarafatı ona baha başa gəldi

Bentankurun irqçi zarafatı ona baha başa gəldi

Tarix: 14 Noyabr 2024 09:54

"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur cənubi koreyalı komanda yoldaşı Son Hın Minlə irqçi zarafatına görə diskvalifikasiya olunub.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı futbolçu 6 oyunluq cəzalandırılıb.

O, "Tottenhem"in Premyer Liqada "Mançester Siti", "Fulhem", "Bornmut", "Çelsi", "Sauthempton" və "Liverpul"a qarşı oyunlarında meydana çıxmayacaq.

Məlumata görə, yarımmüdafiəçi iyun ayında Uruqvayda yayımlanan televiziya kanalına müsahibəsində Son və digər cənubi koreyalı komanda yoldaşlarının "hamısının eyni göründüyünü" söyləyib.

Onun bu zarafatından sonra İngiltərə Futbol Assosiasiyası irqçi sözlərə görə R.Bentankura iş açıb.

Qeyd edək ki, 27 yaşlı futbolçu cari mövsüm 15 oyuna çıxıb və 1 qol vurub.


Etiketlər:  Bentankurun irqçi zarafatı baha başa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ