Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Noyabr 2024 08:18
Qaziantepdə tanınmış bərbər sayılan Əhməd Dəmir 4, 5, 9, 11 yaşlarında dörd uşağını və həyat yoldaşını qətlə yetirib.
Sonxeber.net parol.az-a istinadla xəbər verir ki, bunun ardınca onun da meyiti tapılıb.
Dəhşətli qətliamdan sonra Əhməd ilə bağlı tükürpədici iddialar yayılıb.
Bildirilir ki, bərbər 3 il öncə dostları ilə mərcdə uduzduğu üçün cəza olaraq qəbiristanlığa getməli olub. Orada məzarlardan birinin ayaq tərəfində mərmərin üzərindən su içdikdən sonra huşu özündən gedib. Yaxınları onun xəstəxanaya çatdırıldığını bildiriblər. O hadisədən sonra Əhmədin vaxtaşırı "Orada qan içdim və özümdən getdim" dediyi bildirilir.