Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı

Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı

Tarix: 25 Noyabr 2024 10:36

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Bakıda azərbaycanlı jurnalistin sualını cavablandırmayaraq ərazidən uzaqlaşıb.

Sonxeber.net xəbər verir ki, bu barədə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri, televiziya aparıcısı Rövşən Məmmədov məlumat verib. 

"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edən Azərbaycan bu tədbir ilə kimin düşmən, kimin dost olduğunu daha yaxşı anladı.

Tədbir zamanı AzTV-nin kameralarına Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tuş gəlsə də, bu cür qlobal tədbirlərdə bülbül kimi ötən Şarl Mişel jurnalistimizin sualına cavab verməkdən yayındı", - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlmişdi.


Etiketlər:  Şarl Mişel Bakıda təşvişə düşüb qaçdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ