Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirdə ''qırğına çıxdılar'': “Məni döyən hələ anasından olmayıb” - VİDEO

Efirdə ''qırğına çıxdılar'': “Məni döyən hələ anasından olmayıb” - VİDEO

Tarix: 26 Noyabr 2024 20:50

Müğənnilər Aygün Şükürova və Yaşar Cəlilov arasında efirdə qalmaqal yaşanıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sənətçilər qonaq olduqları "Gün ortası" verilişində söz savaşına çıxıblar.

Əvvəlcə studiyaya Aygün dəvət olunub. Şükürova "Növbəti qonağını çağır gəlsin. O mənə çox maraqlıdır. Onunla burada söhbətlərimiz olacaq" deyib.

Bu anda isə Aygünün həyat yoldaşı, rejissor Kənan Mahmudov proqramın aparıcısı Zümrüd Bədəlovaya zəng edib.

Lakin Zümrüd onun zəngə cavab verməyib. 

Bir neçə saniyədən sonra kulis arxasında dayanan və təqdimatını əsəbi halda gözləyən Yaşar aparıcıya "Əgər mənə uyğun söhbətlər olarsa çıxıb gedəcəyəm" deyərək studiyaya daxil olub və mahnısını ifa edib.

Həmkarının ifası zamanı Aygün studiyanı tərk edib.

Zümrüd Yaşardan kulisdə Aygünlə aralarında nə baş verdiyini soruşub. Cəlilov qısa olaraq bildirib ki, bu söhbəti efirdə açmaq istəmir. O bildirib ki, kulisdə Kənanla danışıb və məsələyə aydınlıq gətirib və mövzunu verilişə qatmaq istəmədiyini dilə gətirib. 

"Mən Aygünün özünü, xətrini və sənətini çox istəyirəm. Bizim mövzu ilə bağlı fikir ayrılığımız var", - deyə Yaşar bildirib.

Aygün isə Yaşarın bu sözlərinə "İndiyə kimi heç zaman heç kimlə efirdə qalmaqalla yadda qalmamışam. Mən özümdən danışıram, çünki o qalmaqallara mənim ehtiyacım yoxdur. Kulis arxasında bayağı görüntüsü olan xanım ifaçının mahnısından söz düşdü. Mən də dedim ki, mən nə mahnılarını nə də ki onun özünü bəyənirəm. Amma Yaşar deyir ki, mən bəyənirəm. Əgər sən bəyənirsənsə niyə mənə deyirsən ki, dayan, sus indi Kənana zəng edirəm. Bu nə deməkdir? Mən səni başa düşmədim. Sən axı mənim hansı hərəkətimə görə məni Kənana şikayyət edirsən? Nə vəziyyət olmuşdur? Səni döyürdük?" cavabını verib.

Bu ifadələrdən qəzəblənən Cəlilov "Məni döyən hələ anasından olmayıb. Mənimlə elə söhbətlər eləmə. Mənə kulis arxasında olan söhbətləri danışmaq yaraşmaz. Mən ömür boyu qeybəti sevməmişəm. Zərrə qədər yalan deyirəmsə Allah mənə qənim olsun. Aygün kulisdə deyir ki, Tolik (Tarix Əliyev) TikTok-u bəyənmir amma özü bütün günü orada canlı yayım açır. Məndə deyirəm ki, səmimi ol, get bunu onun üzünə de. Mən səhv deyirəm? Yanımda heç kimi qeybətini eləmə. Əzizim Tolikə sözün varsa zəng elə üzünə de efirdən demə. Sənin başına dönüm, yanımda qeybət eləmə" ifadələr səsləndirib.

Şükürova "Mən Tolikin elə üzünə də bu sözləri deyirəm. Sən indi çox gülməli vəziyyətdəsən. Sən özün qeybət eləmirsən? Ayıb olsun sənə" deməsinə Cəlilov "Ayıb olsun elə sənə. Kimin mən qeybətini edirəm? Mən Kənana hörmət edirəm" cavabını verib.

İkili arasında gərginlik daha da artdığından proqram reklam fasiləsinə çıxıb. 


Etiketlər:  Efirdə qırğına çıxdılar Məni döyən hələ anasından olmayıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ