Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2024 19:05
Ötən gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyevin qərarı ilə "Beniz" ləqəbli tiktoker, 1987-ci il təvəllüdlü Aybəniz Xəlilova barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustağlığı qətimkan tədbiri ilə əvəz edilib.
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, müdafiə tərəfinin Aybəniz Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin 23 noyabrda verdiyi 4 aylıq həbs qətimkan tədbiri qərarından verdikləri şikayət təmin edilib.
"Beniz" kimi tanınan tiktoker məhkəmə zalından sərbəst buraxılıb. Qeyd edək ki, "Beniz" sevgili münasibətində olduğu Xalid Kərimovun şikayəti ilə cinayət məsuliyyətinə cəlb edilib.
İttihama görə, xanım tiktoker Xalidi müxtəlif foto və videoları ilə şantaj edərək ondan 836 min manat tələb edib.
Ona qarşı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham elan edilib. Xatırladaq ki, tiktokerə Suraxanı Rayon Məhkəməsi sosial şəbəkələrdə çıxış etmək qadağası qoysada Aybəniz Xəlilova ev dustaqlığına buraxıldıqdan sonra bu qadağaya əməl etməyərək zərərçəkmiş tərəfə qarşı müxtəlif çıxışlar edib.