Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2024 07:12
07:08
Xüsusi təyinatlılar Tbilisidə etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb, bir neçə nəfər saxlanılıb.
APA xəbər verir ki, xüsusi təyinatlı dəstə bütün gecəni Rustaveli prospektinin ortasında dayanıb və etirazçıların parlament qarşısındakı əraziyə qayıtmasına mane olub.
--------------
2024.12.01
Tbilisidə parlament binası qarşısında hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına qarşı su şırnaqlarından istifadə ediblər.
Sonxeber.net APA-ya istinadən bildirir ki, eyni zamanda aksiya iştirakçıları hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələrdən istifadə etməkdə davam edir.
Qeyd edək ki, aksiya iştirakçıları hakim "Gürcü Arzusu" partiyasının Gürcüstanın Avropa İttifaqına üzvlüklə bağlı danışıqlar məsələsini 2028-ci ilə qədər dayandırmasına etiraz edirlər.
---------
18:38
Tbilisidə parlament binasının qarşısında yenidən etiraz aksiyası başlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, saat 18:00 radələrində əraziyə gələn etirazçılar Rustaveli prospektində avtomobillərin hərəkətini məhdudlaşdırıblar.
Hazırda hakim partiya əleyhinə şüarlar səsləndirən etirazçılar qanunverici orqanın həyətinə pirotexniki vasitələr atırlar.
Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib.
18:10
Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb - YENİLƏNİB-5 - VİDEO
Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb - YENİLƏNİB-5 - VİDEO
02 dekabr 2024 06:59 (UTC +04:00)
Xüsusi təyinatlılar Tbilisidə etirazçıları Rustaveli prospektindən uzaqlaşdırıb, bir neçə nəfər saxlanılıb.
APA xəbər verir ki, xüsusi təyinatlı dəstə bütün gecəni Rustaveli prospektinin ortasında dayanıb və etirazçıların parlament qarşısındakı əraziyə qayıtmasına mane olub.
------------
Dünənki aksiya və iğtişaşlar nəticəsində Gürcüstan parlamentində 48 iş otağa ziyan dəyib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.
Şalva Papuaşvili qeyd edib ki, binanın aşağı mərtəbələrində demək olar ki, bütün pəncərələr sınıb, istilik sistemi və ofis avadanlığı sıradan çıxıb, taxta qapılardan biri yanıb. O cümlədən kompüter laboratoriyasına da ziyan dəyib, yeməkxana tamamilə dağıdılıb.
--------
10:11
Gürcüstanın paytaxtında xüsusi təyinatlı qüvvələr tərəfindən Ş.Rustaveli prospektindən uzaqlaşdırılan etiraz aksiyasının iştirakçıları Tbilisi Dövlət Universitetinin binasının yaxınlığındakı Çavçavadze prospektinə gedərək nəqliyyatın hərəkətini dayandırıblar.
Sonxeber.net bildirir ki, bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.
Mitinqçilərin Rustaveli prospektindən dağıdılması yerli vaxtla saat 7:00 radələrində baş verib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları yüzlərlə aksiyaçını parlamentin yerləşdiyi prospektdən kənarlaşdırıb. Ancaq etirazçılar həmişəkindən fərqli olaraq səhər qovulduqdan sonra evlərinə dağılmayıblar, əksinə, Melikişvili prospekti ilə daha da irəliləyiblər və universitet binasının yaxınlığında kəsişmədə yerləşiblər.
Polis etirazçıları təqib etməyib. Aksiya iştirakçıları yolun hərəkət hissəsində yerləşirlər.
-------
07:48
Tbilisidə dünən axşamdan başlayan etiraz aksiyaları hələ də davam edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, periodik olaraq polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanır.
Polis xüsusi təyinatlı dəstələri parlamentin ərazisindən Opera Teatrı istiqamətində hərəkətə keçiblər və aksiya iştirakçılarına xəbərdarlıq edilib.
Polis qüvvələrini zirehli maşınlar izləyir. Hüquq mühafizə orqanların əməkdaşları etirazçıların süni barrikadalar qurduğu Çavçavadze küçəsində hərəkət edirlər.
Rustaveli prospekti və Lagidze küçəsi də polislər tərəfindən mühasirəyə alınıb.
Bundan başqa Azadlıq meydanı Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları, həmçinin xüsusi texnikalar tərəfindən mühafizə olunur.
-----------
06:17
Gürcüstan polisi Tbilisidə parlament binası qarşısındakı aksiya iştirakçılarının əksəriyyətini ərazidən uzaqlaşdırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, polis qüvvələri etirazçıları ərazidən uzaqlaşdırmaq üçün su şırnağından istifadə edib.
Etirazçıların böyük əksəriyyəti Rustaveli prospektini tərk ediblər.
Bir qisim aksiya iştirakçısı isə aksiyanı davam etdirmək üçün yaxın ərazilərdə gözləyir.
Polis aksiya iştirakçılarından bəzilərini saxlayıb.
-------
Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə parlament binası yaxınlığında etirazçıları saxlamağa başlayıblar.
APA xəbər verir ki, hüquq mühafizə orqanlarının əməkdaşları Çiçinadze və Zurabaşvili küçələrinin kəsişməsində, parlament binası tərəfində həbslər aparır.
Əvvəlcə etirazçılara qarşı su şırnaqlarından istifadə edilib, daha sonra polis onları saxlamağa başlayıb. Hazırda bir neçə nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidməti hələlik saxlanılanların dəqiq sayı barədə məlumat verməyib.
Əldə olunan məlumata görə Tbilisidə parlament binası yaxınlığında etirazçıların pirotexniki vasitələrdən istifadə etməsi nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin bir əməkdaşı yanıb. Bu barədə respublika Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze brifinqdə məlumat verib.
-------
00:48
Tbilisidə polis parlament binasının ətrafındakı etirazçılara müdaxilə etməyə başlayıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, xüsusi təyinatlı polis dəstələri parlament binasının girişlərini tutmağa çalışan etirazçıların ərazidən çıxarılmasına başlayıb.
Etirazçılar polisə daş və pirotexniki vasitələr ataraq qarşılıq verir.
---------------
2024.11.30
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, qurum aksiya iştirakçılarına qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.
DİN-in məlumatında qeyd olunub ki, mitinq başlayandan bir qədər sonra ərazidəki etirazçıların bəzilərinin hərəkətləri zorakılığa çevrilib.
O cümlədən, aksiya iştirakçıları qanunverici orqanın hasarlarını zədələyib, daş və digər əşyalardan istifadə etməklə parlamentin 10-a yaxın pəncərəsinin şüşəsini sındırıblar.
Bəyanatda polis tərəfindən hər bir qanun pozuntusuna müvafiq hüquqi cavab veriləcəyi vurğulanıb.
Xatırladaq ki, ötən gün baş verən polis-vətəndaş qarşıdurması zamanı 100-dən çox etirazçı saxlanılıb.
--------------
21:58
Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, etirazçılar artıq yolu; yəni şəhərin mərkəzi prospektini bağlayıb.
Aksiya iştirakçıları etirazlarını bildirmək üçün parlamentin dəmir hasarlarını döyürlər. Bütün ölkə ərazisində vətəndaşlar Gürcüstan hökumətinin Gürcüstanın Avropa İttifaqına daxil olması prosesini 2028-ci ilə qədər dayandırmaq qərarına etiraz edir.
Paytaxtda bir neçə yerdə etiraz aksiyaları planlaşdırılıb. Tbilisidən başqa, Batumi, Zuqdidi, Kutaisi və Telavidə də etirazlar keçirilir.
Əldə olunan məlumata görə Tbilisidə Gürcüstan parlamenti yaxınlığında müxalifətin mitinqinin keçirildiyi ərazinin yaxınlığında polisin xüsusi texnikası, o cümlədən su şırnaqları cəmlənib.
Etirazçıların hüquq mühafizə orqanlarının əməkdaşları üzərinə fişənglər atdığı bildirilir.