Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2024 16:54
Məşhur fransız aktyoru Nils Arestrup 75 yaşında Parisdə vəfat edib.
Sonxeber.net kult.az-a istinadla xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat yayıb.
"Arestrup ailəsinin əhatəsində dünyadan köçüb", - həyat yoldaşı bildirib.
Aktyorun ölüm səbəbi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Nils Arestrup "Peyğəmbər", "Ürəyimin döyüntüsü dayandı", "Onun adı Saradır", "Döyüş atı" kimi məşhur filmlərdə rol alıb.