Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manatın dövretmə sürəti azaldı - RƏSMİ

Manatın dövretmə sürəti azaldı - RƏSMİ

Tarix: 2 Dekabr 2024 10:16

Bu ilin noyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,59 bənd təşkil edib.

Sonxeber.net Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,13 bənd (3,7%) çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0,03 bənd (0,83%) azdır.

Belə ki, bu ilin sentyabrın 1-də manatın dövretmə sürəti 3,46 bənd, ötən ilin noyabrın 1-nə isə 3,62 bənd təşkil etmişdi.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda qeydə alınaraq 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.


Etiketlər:  Manatın dövretmə sürəti azaldı RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ