Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Suriya üçün Qətərdə görüşəcəklər

Suriya üçün Qətərdə görüşəcəklər

Tarix: 6 Dekabr 2024 23:02

Suriyada vəziyyətin nizamlanmasına dair Astana formatının iştirakçı ölkələrinin (Rusiya, İran, Türkiyə) xarici işlər nazirləri Qətərdə danışıqlar aparacaqlar.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova açıqlayıb.

Görüş dekabrın 7-də 22-ci Doha forumu çərçivəsində baş tutacaq. 

Qeyd edək ki, Astana platforması Suriyada döyüşən tərəflər arasında hərbi əməliyyatların dayandırılması haqqında danışıqların aparılması üçün yaradılmışdı. Platforma çərçivəsində görüşlər Astanada 2017-ci ildən başlayıb. Ötən ilin yayında Astana prosesinin rəsmən başa çatdığı açıqlanıb. Belə ki, 2017-ci ilin yanvarından 2023-cü ilin iyununa qədər Astanada Suriyada vəziyyətin nizamlanmasına dair 20 beynəlxalq görüş keçirilib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu ayın əvvəlində açıqlamasında Astana formatının yaxın zamanlarda yenidən təşkil ediləcəyini bildirmişdi.


Etiketlər:  Suriya üçün Qətərdə görüşəcəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ