Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Milliət vəklilindən ŞAD XƏBƏR - ƏDV-dən azad edilir, ucuzlaşacaq

Milliət vəklilindən ŞAD XƏBƏR - ƏDV-dən azad edilir, ucuzlaşacaq

Tarix: 9 Dekabr 2024 11:28

Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də hüquqi şəxslər tərəfindən torpaq icarəsinə görə əldə edilən icarə haqqının ƏDV-dən azad olunmasıdır. Belə ki, gələn aydan etibarən torpaq sahələri üzrə icarə ƏDV-yə cəlb edilməyəcək.

Sonxeber.net xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bu dəyişiklik təşviq xarakteri daşıyır və sahibkarların xərclərinin azalmasına və gəlirlərinin artmasına səbəb olacaq:

"Belə ki, torpaq sahələrinin icarəsini təklif edən sahibkarlar ƏDV ödəməkdən azad olunlar.

Digər tərəfdən, bu, sahibkarların xərcləri ilə yanaşı, torpaqların icarə qiymətinə də təsir göstərə bilər. Belə ki, torpaqlar üzrə icarə qiyməti müəyyənləşən zaman tərəflər 18 faizlik vergini də nəzərə alaraq razılaşırdı. Bu vergini hüquqi şəxsin ödəməsinə baxmayaraq, tərəflər razılaşan zaman həmin xərc əksər hallarda qiymətdə nəzərə alınırdı. Yeni ildən ƏDV ilə bağlı güzəşt tətbiq olunduğu üçün bu, torpaqların icarə haqlarının aşağı düşməsinə səbəb ola bilər.

Bütövlükdə bu dəyişiklik həm uçotun güclənməsinə, həm də sahibkarların dəstəklənməsinə xidmət edəcək".


Etiketlər:  Milliət vəklilindən ŞAD XƏBƏR ƏDV dən azad edilir ucuzlaşacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ