Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2024 16:58
Xəbər verdiyimiz kimi, Suriya bayrağı 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri müxalifətin istifadə etdiyi üç ulduzlu bayraqla əvəzlənib.
Sonxeber.net xəbər verir ki, bu bayraq Suriya Ərəb Respublikasının ilk bayrağıdır və 1961-ci ildən 1963-cü ilə qədər istifadə edilib.
Suriya müxalifəti tərəfindən 1932-ci ildə qəbul edilən bu dizayn yaşıl, ağ, qara rənglərdən və orta hissəsində üç qırmızı ulduzdan ibarətdir. 2011-ci ilin martında Suriyada vətəndaş müharibəsi başlayanda Bəşər Əsəd rejiminə qarşı nümayişlərə qatılanlar bu bayraqdan istifadə edirdilər.
Suriya Milli Şurasının rəsmisi Xalid Kamal indi hesab edir ki, bu bayraq həm də müstəqilliyi və Əsəd hökumətinin sonunu təmsil edir. Bu gün bu bayraq əsasən Suriya Milli Koalisiyasının nəzarətində olan ərazilərdə istifadə olunur.
Bayraqdakı yaşıl rəng azadlıq və müstəqilliyi, ağ sülhü, qara keçmişin qaranlıq dövrlərini, qırmızı ulduzlar isə Suriyanın üç bölgəsini və ya xalqın inqilabi mübarizəsini təmsil edir. /Publika.az