Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əldə telefonla yemək yeyənlərin nəzərinə!

Əldə telefonla yemək yeyənlərin nəzərinə!

Tarix: 13 Dekabr 2024 09:18

İstər böyük, istər uşaq əldə və ya masada telefonla üz-üzə qida qəbul etmək orqanizm üçün təhlükəlidir.

Sonxeber.net xəbər verir ki, nutrisoloq Olqa Titova yemək zamanı telefonla ünsiyyəti qəti qadağan edir.

"Yemək zamanı əllər təmiz olmalıdır. Əlləri yuduqdan sonra onu telefona vurdunuzsa, artıq cihazda olan mikroblar əlinizə keçir. Bu zaman qidanın çirklənməsi baş verir. Eləcə də telefona baxa-baxa yemək doymaq siqnalının vaxtında beyinə çatmasının qarşısını alır, bu isə orqanizmi yükləyir, həzm prosesini pozur. Smartfonların səthində çox sayda zərərli bakteriyalar toplanır, bu da qida zəhərlənməsinə və mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.

Tədqiqatlar göstərib ki, telefonu gün ərzində ən çirkli yerlərə qoyub götürürük və sonra onu təmizləmədən masaya aparır, uşağa verir, əlimizi vurub o əllərlə boşqaba, çörəyə toxunuruq.

Hətta telefonla yemək yedikdə yeməyin dadı, keyfiyyəti belə dəyişir. Ona görə də fiziki, emosional sağlamlıq üçün telefon yemək masasında olmamalıdır. Yemək prosesi tam rahat və aydın beyinlə icra olunmalıdır", - Titova qeyd edib. /Medicina.az


Etiketlər:  Əldə telefonla yemək yeyənlərin nəzərinə


RƏYLƏR