Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2024 08:12
Rusyanın Kamçatka yarımadasının Kronotsk körfəzində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Kamçatka vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.
"Bu gün dekabrın 15-də səhər Kronotsk körfəzinin akvatoriyasında 5,4 maqnitudalı seysmik hadisə baş verib. Zəlzələ ocağı 123 km dərinlikdə, episentri Milkovo kəndindən 135 km şərqdə yerləşib", - məlumatda deyilir.
Yeraltı təkanlar Petropavlovsk-Kamçatka və Vilyuçinsk şəhər dairələrində, həmçinin Yelizovsk rayonunda iki maqnitudada hiss olunub.
Sunami təhlükəsi elan edilməyib.