Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib

Tarix: 5 Dekabr 2019 18:57

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Dövlətimizin başçısına Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci kilometrliyindən ayrılan Qonaqkənd-Həmyəli-İkinci Çaylı-İkinci Cabanı-Cabanı avtomobil yolu barədə də məlumat verildi.

Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

xəbər yenilənəcək

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Prezident İlham Əliyev Bakı Şamaxı Yevlax avtomobil yolunun kilometrlik hissəsinin açılışında iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ