Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 19:45
Bakı. Trend:
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.
Daha sonra Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.
Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin