Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2024 18:06
Prokurorluğa qulluğa qəbul zamanı elmlər doktoru elmi dərəcəsi olan şəxslər üçün stajorluq və sınaq müddəti müəyyən edilməyəcək və həmin şəxslər müvafiq vəzifəyə təyin olunmaqla, prokurorluq orqanlarında daimi qulluğa qəbul ediləcəklər.
Sonxeber.net xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, prokurorluq orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların prokurorluq orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir.
Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər prokurorluq orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri prokurorluq orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq rütbə verilir.