Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2024 17:09
Rusiyanın "VTB Bank" Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Sonxeber.net xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətilə "VTB Bank"ın İdarə Heyəti və kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.
Sizin Azərbaycan Respublikasına xidmətinizin iki onilliyi ərzində ölkə beynəlxalq nüfuzunu xeyli möhkəmləndirib, regionda lider mövqeyini gücləndirib, Avrasiya məkanında əhəmiyyətli aktora çevrilib.
Sizin bu il yenidən Prezident seçilməyiniz ölkə qarşısında duran mühüm siyasi və sosial-iqtisadi vəzifələrin uğurla həllinə vətəndaşların yüksək etimadının bir daha göstəricisidir.
Rusiya Azərbaycan rəhbərliyinin Rusiya-Azərbaycan müttəfiqlik əməkdaşlığının, çoxəsrlik mehriban qonşuluğun və işgüzar münasibətlərin dərinləşdirilməsinə diqqətini yüksək qiymətləndirir. Bu münasibətlərin inkişafı çətin çağırışlar şəraitində də dinamik şəkildə davam edir.
"VTB" qrupu 15 ildir ki, respublika bazarında səmərəli fəaliyyət göstərir, Azərbaycan Hökuməti ilə qurulmuş işgüzar dialoqu yüksək qiymətləndirir, infrastruktur və sənaye əməkdaşlığı sahəsində mühüm layihələr üzrə qarşılıqlı faydalı ticarət, investisiya və maliyyə əməkdaşlığının daha etibarlı şəkildə təmin edilməsinə sadiqdir.
Biz hər zaman dialoqa açıq və münasibətlərimizin ruhuna cavab verən həll yollarını tapmağa hazır olduqlarına görə Azərbaycanın dövlət orqanlarına minnətdarıq.
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, tükənməz güc, firavanlıq, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".