Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2024 11:44
Bakının Şəmsi Rəhimov 58 ünvanında yerləşən 5 mərtəbəli bir binada qaz sızıntısı nəticəsində partlayış təhlükəsi yaranıb.
Sonxeber.net xəbər verir ki, səhər saatlarında binada yaşayan sakin qazın iyindən zəhərləndiyini hiss edərək dərhal tədbir görüb.
Birinci mərtəbəyə qədər yayılan qaz iyini azaltmaq üçün pəncərələri açıb və dərhal Azəriqaz İB-nin 104 qaynar xəttinə məlumat verib.
Sakin təcili olaraq əməkdaş göndərilməsini xahiş edib, lakin ilk müraciətinə cavab olaraq "borcunuzu yerinə yetirmisiz, pəncərələri açın və gözləyin" deyə bildirilib. 30 dəqiqə sonra yenidən əlaqə saxladıqda, vətəndaşa əməkdaşların hələ yolda olduğu bildirilib, təxirəsalınmaz vəziyyətə qarşı heç bir təcili tədbir alınmayıb.
Sakin bu səhlənkarlığı kəskin şəkildə tənqid edib və qeyd edib ki, belə gecikmələr faciəyə səbəb ola bilər.
Məsələ ilə bağlı "Azəriqaz"a rəsmi sorğu da ünvanlanıb.