Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Dekabr 2024 18:00
Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının adında dələduzluq olunub.
Sonxeber.net bildirir ki, bu haqda televiziya ulduzu aparıcısı olduğu "Günaydın, Azərbaycan!" verilişində danışıb.
Xoşqədəm bildirib ki, onunla şəkil çəkdirən bir şəxs qurduğu biznes üçün onun adından istifadə edib:
"2012-2013-cü il idi. Moskvadan Bakıda gəlirdim. Hava limanında təyyarəyə minərkən vergilərdən mənə zəng gəldi. Mənə sual verdi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz? Dedim nəyin verdisini, mənim obyektim var? Cavab verdi ki, bəli, sizin Yasamal rayonunda obyektiniz var. Onlara söylədim ki, bu səhv məlumatdır və mənim heç bir obyektim yoxdur. Bakıya gələn kimi ilk işim bu məsələni araşdırmağım oldu. Məlum oldu ki, mənim bir yerlim Yasamalda bir obyekt açıb. O şəxslə də səhv edib toyların birində bir şəkil çəkdirmişəm. Hər yerdə həmin fotonu göstərib deyir ki, bu iki mərtəbəli obyekt Xoşqədəm Hidayətqızınındır. O obyektin yerini tapdım. Tapandan sonra həmin obyektə getdim və avtomobildən düşən kimi orada olan şəxslərə söylədim ki, çıxın obyektimdən. Durub üzümə baxırdılar. Dedim ki, çıxın! Hər yerdə mənim adımı çəkirsən. Demirsən ki, obyekt mənimdir, qardaş gəlmişəm indi də çıx obyektimdən". /olay.az