Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2025 10:42
13 illik danışıq və proseduralardan sonra yanvarın 1-də Rumıniya və Bolqarıstan Şengen zonasına daxil olub.
Milli.az xəbər verir ki, martda 2 ölkənin aeroportlarında sərhəd nəzarəti ləğv edilmişdi. Bu gün isə əlavə olaraq quru yollarında nəzarət məntəqələri yığışdırılıb.
1985-ci ildən formalaşan Şengen zonasına Avropa İttifaqına üzv 25 ölkə, həmçinin Aİ üzvü olmayan İsveçrə, Norveç, Finlandiya və Lixtenşteyn daxildir. Şengen sistemi bu zona daxilində 400 milyon nəfərin sərhəd nəzarəti olmadan sərbəst hərəkətinə imkan verir. /APA