Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?

Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur?

Tarix: 3 Yanvar 2025 17:30

Kaliforniya Universitetinin Tibb fakültəsinin alimləri müəyyən ediblər ki, qaraciyərdə piylərin yığılması DNT-nin zədələnməsinə və qaraciyər xərçənginin ən çox yayılmış forması olan hepatoselüler karsinomanın inkişafına səbəb ola bilər.

Sonxeber.net xəbər verir ki, tədqiqatın nəticələri "Nature" jurnalında dərc olunub.

Son iki onillikdə hepatoselüler karsinomanın yayılması 25-30 % artıb. Artımın əsas səbəbinin hazırda amerikalı yaşlıların 25 %-ni əhatə edən qaraciyər piylənməsi xəstəliyinin sürətlə yayılması olduğu güman edilir. Onların təxminən 20 %-də xəstəliyin metabolik disfunksiya ilə əlaqəli steatohepatit adlanan ağır forması var.

Alimlərin sözlərinə görə, qaraciyər piylənməsi xəstəliyindən steatohepatitə qədər qaraciyər xərçəngi xəstəliyinə keçmək potensial ölümcül nəticələri olan ümumi ssenaridir. Lakin prosesin molekulyar səviyyədə necə baş verdiyi məlum deyil.

Alimlər bu bilik boşluğunu doldurmaq üçün siçanlar və insan toxuması nümunələri üzərində bir sıra tədqiqatlar aparıblar. Onlar yağ və şəkərlə zəngin qidaların steatohepatitin inkişafına və sonradan qaraciyər hüceyrələrində DNT-nin zədələnməsinə kömək etdiyini təsdiqləyiblər.

Bu zədə metabolik aktivləşən, lakin bölünmə qabiliyyətini itirən hüceyrələrin vaxtından əvvəl qocalmasına səbəb olur.

Alimlər izah ediblər ki, qocalma hüceyrə stressinə normal cavabdır, ideal olaraq bədənə zədələri bərpa etmək və zədələnmiş hüceyrələrin bölünməsinin qarşısını almaq üçün vaxt verir. Ancaq hepatosit adlanan qaraciyər hüceyrələrində proses pozula bilər. Bəzi zədələnmiş hepatositlər mövcud olmağa davam edir, bu da xərçəng xəstəliyinin inkişafına kömək edə bilər./report


Etiketlər:  Qaraciyərin piylənməsi xərçəng xəstəliyinə necə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ