Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2025 17:38
Braziliyada bir ailə Yeni il gecəsi tort yedikdən sonra ölüb.
Sonxeber.net xəbər verir ki, 43 yaşlı Tatyana Denize Silva dos Anjos, 58 yaşlı Maida Berenis Flores da Silva və 65 yaşlı Neuza Denize Silva dos Anjo yerli "Bolo de Natal" tortunu yedikdən sonra ölüblər.
Ailənin daha üç üzvü pisləşib və xəstəxanaya yerləşdiriliblər. Tortu bişirən 61 yaşlı Zeli Terezinha Silva dos Anjos da həmçinin xəstəxanaya aparılıb.
Ailənin 7 üzvü qonaq getdikləri Zelinin evinə toplaşıb və məlum olub ki, onlardan yalnız biri tortu yeməyib. Məlumatlara görə, ölən 3 qadının az miqdarda zəhərli metal arsen aşkar edilib.
Tatyana və Maidanın tortu yedikdən qısa müddət sonra öldüyü bildirilir. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Neuza ertəsi gün dünyasını dəyişib. Maida və Neuza Zelinin bacılarıdır. Məlumata görə, Tatyana Neuzanın qızıdır.
Xəstəxanadan deyilib ki, Tatyana və Maida hər ikisi ürək tutmasından, Neuza isə "qida zəhərlənməsindən sonra şokdan" ölüb.
Polis hər üç qadının ölüm səbəbinin nə olduğunu araşdırır./lent.az