Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tailandda hotel yandı - 400 nəfər təxliyə olundu

Tailandda hotel yandı - 400 nəfər təxliyə olundu

Tarix: 6 Dekabr 2019 14:08

Bakı. Trend:

Tailandın Pattaya şəhərində hotellərin birində yanğın olub.

Trend-in məlumatına görə, hadisə ilə əlaqədar binadan 400 nəfərə yaxın şəxs təxliyə olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Qeyd olunur ki, yanğın hotelin fasadına ciddi ziyan vurub.

Yanğınsöndürənlər yanğının qarşısını 30 dəqiqə ərzində alıb.


Etiketlər:  Tailandda hotel yandı 400 nəfər təxliyə olundu


RƏYLƏR