Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərə imtina cavabı gəldi, bu onu çökdürdü''

''Azərə imtina cavabı gəldi, bu onu çökdürdü''

Tarix: 6 Yanvar 2025 23:25

"Azəri sevən tamaşaçılardan biri təmənnasız olaraq öz böyrəyini ona vermək istəyirdi. Ötən ilin mart ayından etibarən bununla bağlı sənədləşmə işləri gedirdi".

Sonxeber.net xəbər verir ki, bu sözləri aparıcı-aktyor İlkin Həsəni "Xəzər axşamı" verilişində mərhum həmkarı və dostu Azər Baxşəliyevlə bağlı danışarkən deyib. O, son məqamda Azərin imtina cavabı aldığını bildirib:

"Son illərdə transplantasiya əməliyyatları üçün Etika Komissiyası yaradılıb. Analizlər götürüldü, sənədləşmə gedirdi. Hər dəfə biz soruşanda da deyirdi ki, gələn ay cavab deyəcəklər. Bu proses səhv etmirəmsə, noyabrın sonuna qədər uzandı. Sonuncu məqamda hansısa bir problem çıxdı və Azərə imtina cavabı gəldi. Bir az da bu olay Azəri çökdürdü".

Qeyd edək ki, Azər Baxşəliyev yanvarın 15-də əməliyyat üçün Türkiyədə gedəcəkdi. (Axşam.az)
 


Etiketlər:  Azərə imtina cavabı gəldi çökdürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ