Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2025 00:10
Aktyor İslam Mehrəliyev mərhum həmkarı Azər Baxşəliyevdən danışıb.
Sonxeber.net xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan İslam göz yaşlarını saxlaya bilməyib:
"Bircə dəfə onu kövrələn gördüm. Çay içirdik, telefonuna baxırdı. Bir şəhid uşağını gördü. Telefonla evə səs göndərmişdi. Uşaq atasına deyirdi, gəl, gözləyirəm. Baxdım ki, Azərin gözü doldu. Dedi, uşaq atasını gözləyib, o da şəhid olub, qayıtmayıb. Bu gün Azər öz övladına bunu etdi".
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində yerləşdirilib. Yanvarın 2-sində ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gündür süni tənəffüs aparatına qoşulmuşdu. (axşam.az)