Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2025 00:40
Müğənni Elçin Cəfərov mərhum dostu, aktyor Azər Baxşəliyevdən danışıb.
Sonxeber.net xəbər verir ki, "Xəzər axşaml" verilişində qonaq olan sənətçi yanvarın 1-də birlikdə olduqlarını bildirib:
"Elşən Orucov yanvarın 1-də təklif etdi ki, yığışaq çörək yeyək. Həm də Azərin məsələsi ilə bağlı ciddi maraqlanaq ki, görək məsələ nə yerdədir. Həmin gün görüşdük, həmişəki kimi dedik-güldük. Müəyyən məsələləri də öyrəndik, Türkiyəyə getməli idi. Sonra dedik ki, birlikdə başqa yerə gedək və başımızı qataq. Azər dedi ki, evə gedim, bir az dincəlim, uzanım. Ağrısını da deyən adam deyildi. Bəstəkar Tərlan Məmmədhüseynov onu evə apardı. Axşam bu kədərli xəbəri eşitdik ki, komaya düşüb".
Qeyd edək ki, beyin insultu keçirən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində yerləşdirilib. Yanvarın 2-sində ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi. Mərhum bir neçə gün süni tənəffüs aparatına qoşulmuşdu. (Axşam.az)