Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

Tarix: 7 Yanvar 2025 10:08

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,48 ABŞ dolları, yaxud 0,6% artaraq 79.48 ABŞ dolları olub.

Sonxeber.net xəbər verir ki, "Brent" markalı neftin fevral fyuçerslərinin qiyməti 77,57 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Etiketlər:  Azərbaycan nefti bahalaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ