Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2025 21:15
Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.
COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın olduğunu bildirdiyini söyləyən dövlətimizin başçısı diqqətə çatdırıb: "Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur".