Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2025 23:18
ABŞ-nin Kaliforniya ştatında tüğyan edən yanğınların iqtisadi zərəri təxminən 50 milyard dollar qiymətləndirilir.
Sonxeber.net xəbər verir ki, bu haqda ABŞ-nin "JPMorgan Chase" bankının öz müştərilərinə yazdığı məktubda deyilir.
"Yanğınlardan gözlənilən iqtisadi zərər dünəndən iki dəfədən çox artıb və 50 milyard dollara yaxınlaşır", - deyə məktubda bildirilir.
Qeyd edək ki, Kaliforniyada vəziyyət son dərəcə gərgin olaraq qalır. Los-Anceles dairəsi on minlərlə sakin üçün məcburi təxliyə əmri verib.
Şəhərin yanğınsöndürmə rəisi bu qədər böyük yanğınla mübarizə aparmaq üçün kifayət qədər vəsaitin olmadığını deyib.
Güclü küləklər vəziyyəti çətinləşdirir, aviasiya əməliyyatlarını dayandırır.