Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2025 23:36
Azərbaycanda 55 yaşlı qadının 32 il sonra övladı olub.
Sonxeber.net xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
Bildirilib ki, doğuş ötən il dekabrın 28-də qeydə alınıb. Masallı rayonundan olan qadın 32 il sonsuzluqdan sonra ekstrakorporal mayalanma hamiləlikdən paytaxtdakı özəl tibb müəssisələrinin birində qeysəriyyə əməliyyatı yolu ilə körpəsini dünyaya gətirib.
Çəkisi 2 kq 690 qram olan oğlan uşağı dekabrın 30-da tənəffüs pozğunluğu sindromu diaqnozu ilə ağır vəziyyətdə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Perinatal Mərkəzə təxliyə olunub.
Süni tənəffüs aparatına qoşulan körpənin tənəffüsü bərpa olunub və bu gün evə buraxılıb.