Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO)

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO)

Tarix: 6 Dekabr 2019 18:39

Bakı. Trend:

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gürcüstanda səfərdədir. AQTA sədri Qoşqar Təhməzli dekabrın 6-da Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib.

AQTA-dan Trend-ə verilən məlumata görə, büstün önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub.

Agentliyin sədrini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər müşayiət ediblər.

Gürcüstana səfəri çərçivəsində Agentlik sədri Qoşqar Təhməzli Gürcüstanın Kənd Təsərrüfatı və ətraf mühit naziri Levan Davitaşvili ilə görüşüb. Q.Təhməzli bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Münasibətlərimizin belə yüksək səviyyəyə çatmasında dövlət və hökumət başçılarımızın xüsusi rolu olub. Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. AQTA-nın geniş tərkibli nümayəndə heyətinin Gürcüstana səfəri də bunu sübut edir.

Q.Təhməzli dövlət başçısı tərəfindən aparılan institusional islahatlar çərçivəsində yaradılmış Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin missiyası və fəaliyyət istiqamətləri ilə bağlı iştirakçılara geniş məlumat verib. Əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün agentlik tərəfindən həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, AQTA ölkədə qida təhlükəsizliyinin, insanların sağlam və təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində çox mühüm işlər həyata keçirməkdədir. Bu sahədə beynəlxalq əməkdaşlığa da xüsusi diqqət yetirib. Avropa Qida Təhlükəsizliyi Agentliyi və bir sıra digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. AQTA qida sahəsində idxal-ixrac məsələlərinə, ticarət dövriyyəsində qida təhlükəsizliyinə böyük əhmiyyət verir. Aşağı, orta və yuxarı riskli məhsullara sərhəd keçid məntəqələrində nəzarət də AQTA-nın fəaliyyət dairəsindədir. Səfərin əsas məqsədlərindən biri də bu işlərlə bağlı gürcü həmkarlar və müvafiq dövlət qurumları, o cümlədən Kənd Təsərrüfatı Nazirliyi ilə fikir və təcrübə mübadiləsi aparmaq, bu sahədə əməkdaşlığı gücləndirməkdir.

Levan Davitaşvili bildirib ki, Gürcüstan bütün sahələrdə dost Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır: «Bu gün biz kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan ilə sıx əməkdaşlıq edirik. Azərbaycanlı həmkarlarımla tez-tez əlaqə saxlayırıq və qarşılıqlı maraq doğuran məsələləri müzakirə edirik. İnanıram ki, AQTA nümayəndə heyətinin Gürcüstana səfəri bizim əməkdaşlıq dairəmizi daha genişləndirəcək və bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olacaq». L.Davitaşvili nazirliyin tərkibində fəaliyyət göstərən Milli Qida Agentliyinin fəaliyyəti, ölkəsində əhalinin təhlükəsiz qida və kənd təsərrüfatı məhsulları ilə təmin olunması istiqamətində görülən işlər, bu sahədə Avropa İttifaqı ilə imzalanmış sənədlər barədə məlumat verib. Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ilə də əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq haqqında saziş layihəsinin hazırlanaraq imzalanması imkanları nəzərdən keçirilib, xəstəlik və zərərvericilərdən azad zonaların yaradılması, sərhədyanı ərazilərdə fitosanitar monitorinqlərin keçirilməsi və zərərvericilərə qarşı birgə mübarizənin aparılması, sertifikatların elektron mübadiləsi mexanizminin təşkili və sahibkarlıq subyektlərinin qeydiyyatı ilə bağlı digər dövlətlərlə əməkdaşlıq mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində AQTA sədri Qoşqar Təhməzli Gürcüstanın Milli Qida Agentliyində olub.

Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstanda qida təhlükəsizliyi, ziyanvericilərə qarşı mübarizə və digər məqsədlər üçün nəzərdə tutulmuş avadanlığa baxış keçiriblər. Sonra Gürcüstan Milli Qida Agentliyində görüş olub. Q.Təhməzli rəhbərlik etdiyi qurumun fəaliyyəti, gördüyü işlər və beynəlxalq əməkdaşlığı barədə məlumat verib. Görüşdə qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi və geri götürülməsi sisteminin təşkili üzrə təcrübə mübadiləsinin aparılması, qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər qida təhlükəsizliyinin müxtəlif xidmətləri üzrə mütəxəssislərin mübadiləsi, subyektlərin qida təhlükəsizliyi qeydiyyatının tətbiqi, kadr hazırlığının gücləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. Bundan başqa AQTA sədri Q. Təhməzli Gürcüstan Ətraf mühit və Kənd Təsərrüfatı Nazirliyinin laboratoriyasına baş çəkib. Həmin laboratoriyanın iş fəaliyyəti ilə yaxından tanış olub. Eyni zamanda Azərbaycan nümayəndə heyəti Gürcüstanda ət emalı müəssisəsində dövlət nəzarətinin həyata keçirilməsi prosesini izləyib. Bu sahədə görülən işlərlə yaxından tanış olub, təcrübə mübadiləsi aparılıb. Həmçinin səfər çərçivəsində nümayəndə heyəti “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində olub. İdxal-ixrac əməliyyatlatlarının həyata keçirilməsi prosesini izləyib.

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO) AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib (FOTO)


Etiketlər:  AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ