Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Yanvar 2025 18:34
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp təntənəli andiçmə mərasiminə 100-dən çox fərman hazırlayır və Ağ Evdəki işinin ilk günündən onları imzalamağı planlaşdırır.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki,bu barədə "Associated Press" agentliyinə istinadən məlumat yayıb.
Söhbət sərhəd təhlükəsizliyi, miqrantların deportasiyası və Trampın əvvəllər qeyd etdiyi digər siyasi prioritetlərdən gedir. Onların bir çoxunun yanvarın 20-də, təntənəli andiçmə mərasimi günü qüvvəyə minəcəyi gözlənilir.
Yeni seçilmiş prezidentin müttəfiqləri ABŞ-Meksika sərhədinin bağlanmasından tutmuş enerji inkişafı, federal əmək qüvvəsindən istifadə qaydaları, məktəblərdə gender siyasəti və məcburi peyvəndlər, həmçinin seçki kampaniyası zamanı verilmiş digər vədlər də daxil olmaqla geniş məsələlər dairəsi üzrə Trampın tez imzalaya biləcəyi bir sıra fərmanlar hazırlayıblar.