Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2025 17:46
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Sonxeber.net xəbər verir ki, bu barədə AFFA-nın saytında məlumat yayılıb.
O, UEFA Avropa Liqasının VII turu çərçivəsində keçiriləcək "Fənərbaxça" (Türkiyə) - "Lion" (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qeyd edək ki, qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən "Şükrü Saracoğlu" stadionunda baş tutacaq.