Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2025 19:24
Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün bir sıra media resurslarında və sosial şəbəkələrdə haqqında yayılan iddialara münasibət bildirib.
Sonxeber.net bildirir ki, "X" hesabı vasitəsilə açıqlama yayan Akgün Türkiyə Maarif Vəqfinin rəhbəri olduğunu və sözügedən qurumu Yunus Əmrə Vəqfinin Himayəçilər Şurasında təmsil etdiyini bildirib.
O, Yunus Əmrə İnstitutunun keçmiş rəhbərliyi və əməkdaşlarına aid iddialarla bağlı araşdırmaların davam etdiyini bildirib və qeyd edib ki, həmin məsələlərin onunla heç bir əlaqəsi yoxdur:
"Haqqında bəhs olunan iddialarda hər hansı məsuliyyət daşımıram. Aparılan araşdırmaların da mənimlə əlaqəsi yoxdur. Şəxsi hüquqlarımın pozulmasına yönələn bu iddiaları yayanlarla məhkəmədə görüşəcəyimi ictimaiyyətin diqqətinə çatdırıram".