Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nayrobidə binanın çökməsi nəticəsində üç nəfər ölüb

Nayrobidə binanın çökməsi nəticəsində üç nəfər ölüb

Tarix: 7 Dekabr 2019 03:56

Bakı. Trend:

Nayrobidə altı mərtəbəli binanın çökməsi nəticəsində ən azı 3 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, dağıntılar altından 11 nəfər xilas olunub. Yaralılar xəstəxanalara aparılıb. Axtarış-xilasetmə əməliyyatı davam edir.

Daha əvvəl Associated Press iki ölü və 10 nəfərin dağıntıdan xilas edildiyini bildirmişdi. Öz növbəsində İngilis BBC radio stansiyası, çökən evdə 57 bir otaqlı mənzilin olduğunu bildirdi.

Xilasetmə işləri bir neçə gündür davam edən leysan yağışlarla çətinləşir.


Etiketlər:  Nayrobidə binanın çökməsi nəticəsində üç nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ