Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Dekabr 2019 05:24
Bakı. Trend:
Gələn il, "Apple" şirkəti beş yeni "iPhone" modelini təqdim edə bilər.
Trend-in məlumatına görə, amerikan korporasiyasının ekran diaqonalı 6,7 düym olan üç kameralı smartfon buraxacağı gözlənilir. Üç kameralı daha bir yeni məhsul, 6.1 düym ekran ölçüsündə olacaq.
Eyni diaqonalda iki kameralı və 5,4 düym bir kameralı, və nəhayət ən balaca - 4,7 düym diaqonallı smartfonlarda gözlənilən yeni xəttdə yer alacaqlar.
"TF Securities" analitiki Minq-Çi Kyonun sözlərinə görə, sonuncu 4,7 düym diaqonalı olan smartfon, daha güclü A13 prosessorla təchiz olunaraq "iPhone SE2" modelini əvəz edə bilər və istehsalı 2020-ci ilin birinci yarısında başlamalıdır.
Qalan 4 modelin istehsalı isə 2020-ci ilin ikinci yarısında başlanacaq və hər biri 5G ilə işlıyəcək. .
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin