Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Yanvar 2025 08:02
Rusiyada yaşayan bəzi əcnəbilərin xarici sürücülük vəsiqələri aprelin 1-dən etibarsız sayılacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "TASS"a Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumat verilir ki, bu qərar Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi alınan tarixdən bir il keçən şəxslərə şamil ediləcək. Əks halda onların sürücülük vəsiqələri ölkədə qüvvəsini itirəcək.
Rusiyada sürücülər yenidən imtahan verməli olacaqlar
Qanunvericiliyə əsasən həmin şəxslər sürücülük vəsiqəsi almaq üçün yenidən imtahan verməli olacaqlar.
Qeyd edilir ki, müddəti bitmiş vəsiqə ilə avtomobil idarə edən sürücülər 15 min rubla (bu günkü məzənnə ilə 263 manat) qədər cərimə ediləcək. Həmin şəxslər həmçinin lisenziyaları bərpa olunana qədər sürücülük hüququndan məhrum olunacaqlar. (Avtosfer.az)