Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Yanvar 2025 19:52
Ermənistan parlamentinin keçid məntəqəsində insident baş verib.
Sonxeber.net erməni mediasına istinadən xəbər verir ki, "Newday.am" saytının operatoru Canibek Xaçatryan içəri keçmək istəyən zaman onun üzərində bıçaq aşkar edilib.
Ərəbkir rayon polis şöbəsinin əməkdaşları onu saxlayıblar və əli qandallı şöbəyə aparıblar.
Operatorun vəkili Ruben Melikyan bu hadisəni mənasız adlandırıb. O, bıçağın soyuq silah kimi dəyərləndirilə bilməyəcəyini söyləyib.
"Newday.am" saytının redaktoru Ani Gevorgyan digər hökumət strukturlarına daxil olarkən bu bıçağın sadəcə götürüldüyünü, mühafizə olunan kabinetə yerləşdirildiyini və operatorun içəri buraxıldığını bildirib. /Bizim.Media