Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkə Bəşər Əsədin həbsinə order verdi

Bu ölkə Bəşər Əsədin həbsinə order verdi

Tarix: 22 Yanvar 2025 09:22

Fransada istintaq hakimləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin 2017-ci ildə ölkədə mülki obyektlərin bombalanmasında iştirak etdiyinə görə həbsinə növbəti order verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "France-Press" məlumat yayıb.

Bildirilib ki, bu order 59 yaşlı fransız əsilli suriyalı Salah Abu Nabunun ölümünü araşdıran Fransa Milli Antiterror Prokurorluğunun sorğusu əsasında verilib. 

Qeyd olunub ki, o, 2017-ci ildə Dəra əyalətindəki evinin Suriya ordusunun helikopterlərindən atəşə tutulması nəticəsində həlak olub.

Prokurorluq yeni order tələbini Əsədin artıq məhkəmə proseslərindən dövlət toxunulmazlığına malik olmaması ilə əsaslandırıb. Bu, artıq Suriyanın keçmiş lideri üçün ikinci həbs orderidir. Əvvəlki, Suriya qoşunlarının kimyəvi silahdan istifadə etdiyi iddiası ilə bağlı verilib.


Etiketlər:  ölkə Bəşər Əsədin həbsinə order verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ